İranda kişi parkda idman edən 3 qadının üzərinə sulfat turşusu atıb.
Cia.az-ın məlumatına görə, naməlum şəxs paytaxt Tehranın Şəhriyar bölgəsində yerləşən parkda səhər idmanı edən 3 qadının üzərinə sulfat turşusu atıb.
Faktla bağlı cinayət işi başlanıb.
Şübhəli şəxsin axtarışları davam etdirilir.