Çin Rusiya, İran və Pakistana çağırış etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Çin xaosun qarşısının alınmasında, terrorun qarşısının alınmasında və Əfqanıstanda sülhün bərpasında konstruktiv rol oynamaq üçün Rusiya, İran və Pakistanla koordinasiyanı gücləndirməyə hazır olduğunu açıqlayıb.

Bunu Çinin xarici işlər naziri Van Yi Düşənbədə ŞƏT və KTMT sammitləri çərçivəsində Rusiya Federasiyası, İran və Pakistan xarici işlər nazirləri ilə dördtərəfli görüşü zamanı bildirib.

“Dörd ölkə ünsiyyət və koordinasiyanı gücləndirməli, yekdilliklə danışmalı, müsbət təsir göstərməli və Əfqanıstanda vəziyyətin sabitləşməsində konstruktiv rol oynamalıdır”, - deyə Çin XİN başçısı bildirib.

ÇXR xarici işlər naziri "Əfqanıstanın regional əməkdaşlıq axınına inteqrasiyasına kömək etmək lazım olduğunu" da qeyd edib. "Uzun müddətdə Əfqanıstanın potensialını tədricən inkişaf etdirməsinə kömək edə bilərik, yoxsulluğun öhdəsindən gəlmək, iqtisadi inkişafa nail olmaq üçün regional iqtisadi əməkdaşlığa inteqrasiya edə bilərik", - deyə əlavə edib.

Mənbə: TASS

Mənbə:
0
172
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar