• Şikayət et

Hərbi xidmətdən qayıdan 20 yaşlı gənc dəm qazından boğuldu

İsmayıllıda hərbi xidmətdən yeni qayıdan gənc dəm qazından zəhərlənərək dünyasını dəyişib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Müdrüsə kənd sakini, 20 yaşlı Süleyman Hüseynov şəhərdə yaşadığı evin hamam otağında çimərkən, kustar üsulla quraşdırılan su qızdırıcısının içəri buraxdığı dəm qazı səbəbindən zəhərlənib. Onu huşsuz vəziyyətdə aşkarlayan ailə üzvləri Süleymanı xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, 2 gün öncə hərbi xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqdı.

 

Faktla bağlı araşdırma aparılır.

 

Şahnəzər Bəşirov

Mənbə:
0
166
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar