• Şikayət et

Gənclər təşkilatının “Velo-şəhər” layihəsi uğurla başa çatıb

"Sağlam Düşüncə" Gənclər Təşkilatının 22 sentyabr tarixində Sumqayıt şəhərində start verdiyi "Velo-şəhər: Ekoloji sağlam nəqliyyatın təbliği kampaniyası” adlı layihəsi uğurla başa çatıb.

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Respublika Velosiped Olimpiya Məktəbi, BMT-nin İnkişaf Proqramı (UNDP) və DIM üzrə gənc səfirlərin birgə əməkdaşlığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə nəzəri və praktik hissələrdən ibarət olub.

 

Belə ki, layihə çərçivəsində keçirilən iki veloyürüşdə 100-dən çox insan iştirak edib.Bundan başqa, layihə boyunca Sumqayıt şəhərində yerləşən 10 yaxın məktəbdə 300 məktəbliyə seminarlar keçirilib. Sumqayıt şəhərində təxminən 200 şəhər sakinindən sorğu götürülüb. Eyni zamanda, Sumqayıt rəsmiləri ilə gənclərin görüşü keçirilib və görüşdə Sumqayıtın velo-şəhərə çevrilməsində atılacaq addımların müzakirəsi baş tutub.

 

Layihənin əsas məqsədi "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün DÖVLƏT PROQRAMI"-na əsasən şəhərin ekologiyasının mühafizəsi, eləcə də insanların sağlam həyat sürməsinin qayğısına qalmaq və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə əhali arasında uzunmüddətli maarifləndirmə olub.

 

“Sağlam Düşüncə” Gənclər Təşkilatı fəaliyyət göstərdiyi 15 il ərzində əksər layihələrdə şəhər daxilində velo-yürüşlər keçirərək insanlar arasında maarifləndirmənin təşkilində və ətraf mühitin qorunmasının əhəmiyyətinin təbliğində aktiv şəkildə iştirak edib.

Mənbə:
0
2029
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar