• Şikayət et

Ətin qiyməti nə qədər artıb? - VİDEO

Son günlər sosial şəbəkələrdə və bəzi xəbər saytlarında ölkədə ətin qiymətinin 3-4 manat qalxması ilə bağlı müxtəlif məlumatlara rast gəlirik.

Bu məlumatların həqiqi olub-olmadığını öyrənmək üçün, bazara üz tutduq.
Bir neçə satıcı ilə apardığımız söhbət zamanı məlum oldu ki, ətin qiymətində artım var, amma söylənilən səviyyədə deyil. Artım sümüklü mal ətində bir manat, bir manat 50 qəpik civarında olub.
Quzu ətinin qiymətinə gəlincə isə, satıcılar deyir ki, indi quzu ətini 12-13 manata deyil, 14 manata satırlar.


Satıcılar bayram günləri ilə müqayisədə daha az ət satdıqlarını, bunun da bəzən qiymətlərə təsir etdiyini söyləyiblər. Heyvanların daxili orqanlarının satış qiymətində isə dəyişiklik olmayıb. Əksinə tələbat azdır deyə, bəzi həftələrdə daha ucuz qiymətə satılır.
Bazarda hinduşka və toyuq ətinin qiyməti isə bayramdan əvvəlki qiymətə satılır. Hinduşka 11, toyuq əti 5 manata.
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, ət və ət məhsullarındakı qiymət dəyişikliyi daxili bazarda gedən proseslərin nəticəsidir. Üstəlik mövsüm amili də bazara təsir göstərir. Onun fikrincə, qiymətlərin bu səviyyədə qalması yaz aylarına - təbii yemin və otun olmasına qədər davam edəcək.
Ekspert deyir ki, qış aylarında fermerin xərcləri artır. Bu da öz növbəsində ət və ət məhsullarının qiymətinin yüksəlməsinə səbəb olur.

Mənbə:
0
164
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar