Ermənistan MTX-nin həbs edilən zabiti kimdir?

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı, Alfanın Çikosu Aram Qasparyan Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Bütün müharibədən keçib, boyun nahiyəsindən odlu silah yarası alıb və yalnız möcüzə sayəsində sağ qalıb”. Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Vazgen Sağatelyan “Facebook” səhifəsində yazıb.

“Sağlamlıq problemlərinə, bir neçə ciddi əməliyyata baxmayaraq, həm Aprel döyüşlərinin, həm də sonun müharibənin ilk günlərindən Qarabağda olub.

20 il Milli Təhlükəsizlik Xidmətində xidmət edib, erməni “Alfa” dəstəsinin qurulmasının köklərində dayanıb.

Bu gün “Alfa” faktiki olaraq siyasi sifariş yerinə yetirərək hər hansı səbəb və ya izahat olmadan onu həbs edir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
 

 

Mənbə:
0
558
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar