• Şikayət et

Əfv olunan məhkumlardan 27 şəxs hüquq müdafiə təşkilatlarının siyahısındandır – Əliməmməd Nuriyev

Azərbaycan Respublikası Prezidentinin yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Turana bildirib ki, Prezident tərəfindən imzalanan hər əfv sərəncamı alqışlanmalıdır. "Çünki insanlar azadlığa çıxır, onlar üçün yeni imkanlar yaranır".

Hüquq müdafiəçisi qeyd edib ki, mərhəmət və humanizm prinsipləri burada əsas götürülür. "İndiki cənab Prezidentin imzaladığı əfv sərəncamında 213 nəfərin adlarını biz görürük. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 167 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib, 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 3 şəxs şərti azadlıqdan məhrumetmə cəzasından azad edilib, 6 şəxs isə azadlığın məhdudlaşdırma cəzadan azad edilib. Əfvə tövsiyə edilən məhkumların biri Özbəkistan, biri - İran, biri isə Türkiyə vətəndaşlarıdır".

Onun sözlərinə görə, tövsiyə edilən məhkumlardan 27 şəxs hüquq müdafiə təşkilatlarının siyahısında qeyd olunan şəxsdir. "Onlardan 3-ü jurnalist və bloqerdir, 3 nəfər siyasi partiyaların üzvüdür və yaxud da onlarla əlaqəli şəxsdir, 20 nəfər 2018-ci ildə Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir, 1 nəfər isə ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunmuş şəxsdir".

Ə.Nuriyevin fikrincə bu, bir daha onu göstərir ki, Prezident İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimi zamanı dediyi kimi o, hər Azərbaycan Respublikası vətəndaşının prezidentidir. "Baxmayaraq ki, bu şəxslər müəyyən cinayətlər törədiblər, amma cənab Prezident humanizm və humanizm öz fəaliyyətində prioritet göstərərək artıq 36-cı əfv sərəncamını imzalayıb. Bu sərəncamlarla 5 min artıq şəxs cəzadan azad edilib və yaxud da cəzaları azaldımışdı. Burada ayrıseçkilik yoxdur və hamıya vahid yanaşma var".//Turan İA

Mənbə:
0
1038
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar