Dünyada koronavirusa yoluxanların sayı 280 milyonu, ölənlərin sayı isə 5,4 milyonu ötüb.
Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
Gün ərzində yoluxanların sayı 455 944 nəfər, ölənlərin sayı isə 4 501 nəfər olub.
Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 51 775 769. İkinci yerdə Hindistan (34 799 691), daha sonra Braziliya (22 239 436), Böyük Britaniya (12 209 995), Rusiya (10 437) gəlir. Ən çox ölüm halları da ABŞ-dadır - 809 908, ikinci sırada Braziliya (618 448), üçüncü yerdə Hindistan (480 290) qərarlaşıb.
ÜST-nin statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmuşlar və ölümlər haqqında rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.