• Şikayət et

"Bu dünya çempionatında qəribə nəticələr var"

"Bu hazırkı dünya çempionatının ən maraqlı oyunu idi. Bununla belə, nəticədən məyusuq. Hesabda 3:1 öndə idik. Oyunu istədiyiniz kimi sona çatdırmaq üçün ağıllı olmalı və rasional hərəkət etməlisiniz. Bəzi səhvlər bizə baha başa gəldi".

Qol.az xəbər verir ki, bu sözləri Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Kamerunla 3:3 hesabı ilə heç-heçə etdikləri oyunu şərh edərkən deyib.

"Hesab 3:3 olsa da, biz bir az üstün idik. İndi daha bir qrup matçının nəticəsini gözləyirik. Bu dünya çempionatında qəribə nəticələr var. Qalib gəlmək asan deyil və biz sona qədər inanmalıyıq. İndi ən vacibi növbəti oyunda güvənə biləcək futbolçuların vəziyyətini görməkdir".

Qeyd edək ki, Serbiya G qrupunda 1 xalla 4-cü pillədə qərarlaşıb. Komanda qrup mərhələsinin sonuncu turunda dekabrın 2-də İsveçrə ilə qarşılaşacaq

Mənbə:
0
277
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar