• Şikayət et

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Özbəkistan hökumətinə çağırış edib

 

 

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı (OHCHR) Mişel Baçelet Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında etiraz aksiyaları zamanı 18 nəfərin ölümü ilə nəticələnən toqquşmalarla bağlı operativ, müstəqil və şəffaf şəkildə təhqiqat aparılması barədə çağırış edib.

APA xəbər verir ki, bu barədə OHCHR-ın saytında məlumat verilib.

“Etirazlar zamanı ciddi zorakılıq, həmçinin qətllər barədə aldığımız xəbərlər çox narahatedicidir. Hakimiyyəti son dərəcə təmkinli olmağa çağırıram. Hesabatlılığı təmin etmək üçün mən hakimiyyət orqanlarını törədilmiş cinayət, o cümlədən dövlətin agentləri tərəfindən pozuntular ilə bağlı iddiaları dərhal şəffaf və müstəqil araşdırma açmağa çağırıram.

İnsanlar öz hüquqlarını həyata keçirdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilməməlidir. Özbəkistanın da iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakta əsasən, hər kəs ifadə azadlığı, dinc toplaşmaq və ictimai işlərdə iştirak etmək hüququna malikdir”, - BMT-nin İnsan Haqları üzrə Ali Komissarı deyib.

O əlavə edib ki, bütün məhbusların vəkil istifadə etmək hüquq təmin olunmalıdır və onlar üçün ədalətli məhkəmə təmin edilməlidir.

Baçelet Özbəkistan hökumətini internet məhdudiyyətlərini də aradan qaldırmağa çağırıb.

pia.az

Mənbə:
0
124
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar