Bakıda daşınmaz əmlak bahalaşıb

İki ilə yaxındır ki, ölkədə pandemiya var. Koronavirus pandemiyası bütün sahələrə, eləcə də daşnmaz əmlak bazarına öz təsirlərini göstərdi. Sərt krantin rejimi dövründə ölkədə kirayə bazarı çökdü, alqı-satqı prosesləri dayandı.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, hazırda Bakı-Abşeron ərazisində olan torpaq sahələrinə böyük tələbat var.

 

Elnur Fərzəliyev

“Ötən il pandemiya ilə bağlı evdəqal qadağası oldu. Bağı olan şəxslər bu dövrdə öz bağ, həyət evlərində keçirdilər. Pandemiya ilə bağlı sərhədlər bağlı olduğu üçün, hər il istirahətə gedən şəxslər ötən il gedə bilmədikləri üçün bağ evlərinə tələbat artmışdı. İndi də torpaq sahələrinə tələbat var. Ancaq hazırda bağ evlərinə tələbat yoxdur və onların əksəriyyəti boşdur” - deyən ekpsert bildirib ki, bağ evlərinin kirayə və satışının bahalaşması məhz pandemiya ilə bağlı idi. Ancaq hazırda vətəndaşlar bölgələrə və digər ölkələrə istirahətə gedə bildiyi üçün yenidən bağ evlərinə tələbat azalıb.

“Əvvəllər Azərbaycana istirahət üçün gələnlərin əksəriyyəti də bağ evi, villa kirayələyirdi. İndi əvvəlki kimi turistik məqsədlə gələnlər də yoxdur. Yerli sakinlər isə bölgələrə üstünlük verir. Bu səbəbdən də kirayə qiymətlərində ucuzlaşma müşahidə edilir” - deyə E.Fərzəliyev qeyd edib.

Ekspertin sözlərinə görə, hazırda vətəndaşlar ucuz torpaq sahələrinin alqısına üstünlük verir. Bu səbəbdən hər il torpaqların qiymətində artım müşahidə edilir. Belə ki, hazırda torpaqların qiyməti 20 faiz bahalaşıb.

İlahin, Bizimyol.info

Mənbə:
0
800
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar