• Şikayət et

“Aqro Data” layihəsinin açılış mərasimi baş tutub

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, “Aqrar Tədqiqatlar Mərkəzi” və “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin tərəfdaşlığı ilə “Aqro Data” layihəsinin açılış mərasimi keçirilib.

Layihənin açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev, “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru Firdovsi Firkətzadə, “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin direktor müavini Soltan Bayramov və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev iştirak edib.

Layihə çərçivəsində kənd təsərrüfatı və data analitikası modulları əsasında təlimlər həyata keçirilir. Data analitikasının aqrar sahədə istifadəsi haqqında gənclərin məlumatlandırılması məqsədilə bu sahədə peşakarlaşmış mütəxəssislər cəlb olunub. Gənclərin əldə etdikləri biliklərin bu sahədə istifadəsinin nümayiş etdirilməsi üçün Bakı şəhəri və regionlarda yerləşən təsərrüfat sahələrinə, istehsalat müəssisələrinə və digər qurumlara səfərləri baş tutacaq.

Həyata keçirilən təlim və səfər nəticəsində gənclərin əldə etdikləri biliklərin yoxlanılması məqsədilə praktiki tapşırıqlar verilir. Belə ki, mütəxəssislər tərəfindən müəyyən olunmuş “case”lər əsasında gənclər tapşırıqlar icra edirlər. Həmçinin, komanda quruculuğunun inkişafı məqsədilə iştirakçılar komandalar şəklində tapşırıqların icrasında iştirak edirlər. Layihə sonunda iştirakçılar diplom ilə mükafatlandırılacaqdır. Layihəni uğurlu başa vurmuş komandaya fərqlənmə sertifikatı və hədiyyə təqdim olunacaqdır.

Qeyd edək ki, aqrar sahədə ikinci dəfə reallaşdırılan “Aqro Data” layihəsi karantin rejiminin qaydalarına uyğun olaraq ənəvi formatda həyata keçirilib.

Mənbə:
0
1886
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar