Altıağac Cənnət bağı istirahət mərkəzindəki heyvanxana barədə yayılan məlumatlara cavab verdi

Altıağac Cənnət Bağı istirahət mərkəzinin zooparkında saxlanan zubrların saxlanılma şəraiti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Mərkəzin direktoru Anar Rüstəmov Trend-ə açıqlamasında bildirib ki, mərkəzdəki heyvanxanada (mini zoopark) 2-si dişi, 1-i erkək olmaqla 3 zubr (bizon) var:

"Dişi bizonlardan biri hələ 3 yaşındaykən, 13.01.2013-cü ildə heyvanxanamıza Rusiyanın Altay vilayətindən marallarla birlikdə gətirilib. Hazırda həmin zubrın 8 yaşı var. Gətirildiyi il elə heyvanxanamızda bala verib. Balasının (dişi) isə hazırda 5 yaşı var.

Zubrlar hazırda 0.25 hektar ərazidə heyvanın xüsusiyyətlərinə uygun şəraitdə saxlanılır.

Yonca və üyüdülmüş arpa ilə gündə 3 dəfə yemlənir. Bütün heyvanlar kimi qida rasionuna (mövsümdən aslı olaraq ) minerallar əlavə edilir. Alış qaiməsini (rus dilində) sizə təqdim edirik".

A. Rüstəmov bildirib ki, heyvanxanada zubrların şəraitsiz vəziyyətdə saxlanılması, onların lazımi qida ilə təmin olunmaması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir: "İstənilən şəxs istənilən vaxt istirahət mərkəzinin ərazisindəki heyvanxanada daxil ola və zubrlarla yanaşı, digər heyvanların saxlanma şəraiti ilə maraqlana bilər. Yayılan məlumatlar qərəzlidir.

Qaldı ki, heyvanxanada qonur ayının saxlanılma şəraitinə, nəinki həmin ayı, orada saxlanılan maral və digər heyvanların saxlanılma şəraitini istənilən ziyarətçilərə təqdim edə bilərik".
.
Xatırladaq ki, sosial şəbəkələrdə Altıağac Cənnət bağı istirahət mərkəzində zubr və qonur ayının acınacaqlı şəraitdə saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Mənbə:
0
57
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar