Kamerun millisinin hücumçusu Vensan Abubakar dünya çempionatında tarixi rekorda imza atıb.
Qol.az "Opta Sports"a istinadən xəbər verir ki, o, buna DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Serbiya ilə oyunda (3:3) qol vuraraq və qol ötürməsi verərək nail olub. O, mundial tarixində ehtiyat oyunçular skamyasından meydana daxil olduqdan sonra bunu bacaran ilk afrikalı futbolçu adına yiyələnib.
Qeyd edək ki, Abubakar 63-cü dəqiqədə komandasının 2-cu qolunu vurub, 66-cı dəqiqədə isə bərabərlik qolunun ötürməsini verib.