“Neftçi” qiyməti qaldırdı, müştəriləri geri çəkildi

“Klubla hələ bir illik müqaviləm var“.

Bu sözlər “Neftçi”nin legioneri Yusuf Lavala məxsusdur. Komandadan gedəcəyi barədə yayılan xəbərlərə münasibət bildirən nigeriyalı özünü çox xoşbəxt hiss etdiyini deyib.

23 yaşlı yarımmüdafiəçi heç vaxt heç kimə komandadan ayrılacağı ilə bağlı bir şey demədiyini diqqətə çatdırıb:

"Bunların hamısı sadəcə, şayədir. Mən "Neftçi"də özümü yaxşı hiss edirəm. Həm də burada oynamaq mənim üçün qürurvericidir".

Lavalın bakılılarla müqaviləsinin bitməsinə hələ qalıb. Rəhbərlik onun gələn ilin yanvarında başqa bir klubla danışıqlar aparmasından ehtiyat edir.

Afrikalı orta sahə oyunçusunu onadək satmaq indi onlar üçün əsas məsələdir.Bu istiqamətdə çalışmalara start veriblər.

Amma «Neftçi» ilə anlaşa bilən, daha doğrusu, şərtləri qəbul edən yoxdur. «Ağ-qaralar» Lavalın qiymətini 500 min dollar olaraq müəyyənləşdirib.

Halbuki nigeriyalının burada illik qazancı 100 mindollardan xeyli aşağıdır. İsrail, Belçika və Türkiyədən təklifləri olan yarımmüdafiəçi hələ bir müddət gözləməlidir.

Klubun müştərilərinə güzəştə gedəcəyi günə qədər…

SPORTİNFO.AZ

Mənbə:
0
781
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar