Nəbatat Bağında qanunsuzluq - Yeni rəhbərlikdən keçmiş direktora İTTİHAM

AMEA-nın Mərkəzi Nəbatat Bağında aparılan yoxlamalar nəticəsində bir sıra qanunsuzluqlar aşkarlanıb.

Modern.az xəbər verir ki, yoxlama AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişi ilə Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılıb.

Yoxlamalar nəticəsiondə məlum olub ki, keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməyib, düzgün aqrotexniki qulluöun olunmaması və suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənib. Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait idə mənimsənilib. Eləcə də Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunub, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilib. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün tədbirlər görülür.

Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev bildirib ki,  yoxlama nəticəsində ortaya çıxan qüsurlar, qanunsuzluq və mənimsəmələr barəsində arayış tərtib olunub. O, lazım gələrsə arayışın ictimailəşdiriləcəyini söyləyib.


Natiq Allahverdiyev AMEA Rəyasət Heyətinin qərarı ilə oktyabrın 6-dan etibarən Bağın baş direktoru vəzifəsini icra edən təyin olunub.

Mərkəzi Nəbatat Bağının keçmiş direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev bu il oktyabrın 1-də tutduğu vəzifədən azad edilib.

 

Mənbə:
0
38
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar