Ümumdünya Səhiyyə Təşkilatı Çin peyvəndinin təcili istifadəsini təsdiq etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin inkişaf etdirdiyi "Sinopharm" peyvəndinin təcili istifadəsini təsdiq edib.

Marja xəbər verir ki, ÜST-ün Direktoru Tedros Adhanom Ghebreyesus, "Sinopharm" peyvəndinin "təhlükəsizlik, təsir və keyfiyyət" baxımından ÜST-ün təcili istifadə təsdiqini alan 6-ıncı Kovid-19 peyvəndi olduğunu söyləyib.

Ghebreyesus, bu təsdiqin, Kovid-19 Peyvənd Proqramının (COVAX) peyvənd siyahısını genişlətdiyini, ölkələrə, özlərinin təcili istifadə təsdiqi ilə bu peyvəndi idxal edib tətbiqi üçün güvən verdiyini vurğulayıb.

"Sinopharm" peyvəndinin yaşı 18 və yüksək olanlar üçün iki doza şəkilində tətbiq olunması tövsiyə edilir.

Təşkilat, ilk olaraq 31 dekabrda "Pfizer-BioNTech"in istehsal etdiyi Kovid-19 peyvəndinin təcili istifadəsinə təsdiq vermişdi.

ÜTT, daha sonra "Oxford-AstraZeneca" peyvəndinə, "AstraZeneca"nın peyvənd istehsalçısı Hindistan İnstitutunun (SII) peyvəndinə, "Moderna" və "Johnson & Johnson"un əczaçılıq şirkəti "Janssen" şirkətinin istehsal etdiyi peyvəndə təcili istifadə təsdiqi vermişdi.

Azərbaycanda da istifadə edilən "Sinovac"ın peyvəndi "Coronavac" və Rusiya peyvəndi "Sputnik V" hələ də ÜST-dən təsdiq gözləyir.

Sinopharm
0
112
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar