Müdafiə Nazirliyi İKİ QARDAŞ ŞƏHİDLƏ bağlı VİDEO yaydı

Müdafiə Nazirliyi İKİ QARDAŞ ŞƏHİDLƏ bağlı VİDEO yaydı

Azərforum Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn iki qardaş - Bəhrəm və İman Məmmədzadələrin xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhidlərin ailə üzvləri və yaxınları, Qarabağ müharibəsi əlilləri, hərbi qulluqçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbirdə çıxış edənlər şəhid qardaşların qısa və şərəfli döyüş yollarından, onların Vətən müharibəsində göstərdikləri cəsarətlərindən danışıblar. Vurğulanıb ki, Bəhrəm və İman qardaşları kimi oğullar hər zaman xalqımızın yaddaşında yaşayacaqdır. Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin vətənpərvərlik mövzusunda ifaları olub.

0
7171
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar