Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağrılıblar

Güney azərbaycanlı milli fəallar Təbriz şəhərinin İnqilab Məhkəməsinə çağırılıblar.

Culfa şəhərində yaşayan güney azərbaycanlı milli-mədəni fəallar Babək Kiyuməri və Səid Sultani ayrı-ayrılıqda aldıqları bildirişlərdə 24 may, saat 09:30 dəqiqədə Təbriz şəhərinin İnqilab Məhkəməsinin hakim Fəthnəjadın sədri olduğu 3 saylı şöbəsində olmaları istənilib.

Qeyd edək ki, Güney azərbaycanlı milli-mədəni fəallar, 4 oktyabr 2020-ci il tarixində İranın Ermənistana dəstəyinə etiraz və Qarabağın azadlığı uğrunda Azərbaycan Ordusuna dəstək çağırışları ilə aksiyada iştirak ediblər. Aksiyaçılar eyni zamanda “Nurduz” sərhəd keçid məntəqəsinin bağlanması tələbini irəli sürüblər.

Bu aksiyadan sonra milli fəallar Culfa şəhərindəki iş yerlərində həbs edilib.

Onlar, 2 dekabr 2020-cu il çərşənbə axşamı dindirmə prosesinin sonunda Təbrizdəki Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasının karantin şöbəsinə köçürülüb.

Azərbaycanlı fəallara “ölkəyə müxalif təşkilatlara üzv olmaq” ittihamı irəli sürülüb.
Milli fəallar 3 dekabr 2020-ci ildə 500 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb.

Xatırladaq ki, hər iki fəal cari ilin oktyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın Culfa şəhərində yerləşən iş yerlərində həbs edilərək, Təbrizin “Ettelaat” İdarəsinin istintaq təcridxanasına aparılıb.

Təhlükəsizlik orqanları işçiləri Səid Sultanini tutduqdan sonra onun evində təftiş apararaq, notbuk, mobil telefon, kitablar və avtomobili də daxil olmaqla, bir çox şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar. Bundan başqa, Babək Kiyumərsi tutulan zaman təhlükəsizlik orqanları işçiləri onun xanımını döyüblər.

0
164
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar