Meyiti tapılan erməni əsgərlər seksual zorakılığın qurbanı olub

Avqustun 19-da Ermənistanın cənub-şərq bölgəsində yerləşən döyüş poslarının birində  güllə yarası almış üç əsgərin meyiti tapılıb.

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bunlar 2002-ci il təvəllüdlü sıravi əsgərlər Murad Muradyan, Levon Harutyunyan və Qor Sahakyandır.

Ermənistan Müdafiə Nazirliyi Zəngəzur bölgəsindəki sözügedən postda baş vermiş hadisəyə Azərbaycan tərəfinin aidiyyəti olduğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara inanmamağa və rəsmi araşdırmanın nəticələrini izləməyə çağırıb.

Hadisənin təfərrüatları araşdırılır.

Modern.az xəbər verir ki, Ermənistanın bəzi xəbər saytlarının sosial şəbəkələrdəki paylaşımlarında bildirilib ki, hadisənin yeni xidmətə başlamış gənc əsgər tərəfidnən törədildiyi ehtimal olunur. Bu məlumatlara görə, yenicə xidmətə başlamış gənc erməni əsgər ona qarşı edilən seksual hərəkətlərə dözməyərək, adları çəkilən həmin üç hərbçini güllələyib.

Onun istintaqa cəb edildiyi haqda da xəbər verilib.

Mənbə:
0
3066
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar