Metroda qiymət 1 manat olacaq? – Sosial şəbəkələrin etiraz etdiyi xəbərə RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Bakı metrosunda gediş haqqının bahalaşacağı barədə məlumat yayılıb. İddia olunur ki, hətta qiymət artımı 1 manata çata bilər. Xatırladaq ki, metro aylardır bağlıdır və bu, Metropolitenin ziyanını daha da artırıb.

Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlamasında deyib ki, iddialar yanlış anlaşılmadan yaranıb:

“Yalnış anlaşılma olub. Orada bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir. Bir sərnişinin daşınması neçəyə başa gəlirsə, o başa düşüməlidir. Həmişə belə deyilib. Buna qədər necə deyirdik, 2020-ci ildə brifinqdə deyilmişdi ki, bir sərnişinin daşınması 51-52 qəpiyə başa gəlir. Keçən il isə Metropoliten az sərnişin daşıyıb. Əvvəlki plandan təxminən 3 dəfə az sərnişin daşınıb. Bu da o deməkdir ki, avtomatik olaraq bir sərnişinin daşınması qiyməti 3 dəfə çoxalıb”. /Cebhe.info/

 

0
167
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar