Meksikada kartellər arasında müharibə qan dondurucu həddə çatıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hazırda ABŞ-da həbsdə olan məşhur şöhrətli narkobaron El Çapoya məxsus olan Sinaloa Karteli üzvü öldürülüb.
Daha sonra rəqib kartelin gözünü qorxutmaq istəyən şəxs öldürdüyü şəxsin ürəyini yeyərək videosunu paylaşıb.
İnternetdə yayılan video qısa zamanda silinib. Videoda ürəyi çıxarılan şəxsin yanında başqa adamların meyitlərinin olduğu bildirilib.
El Çaponun adamını öldürən şəxsin Meksikanın ən çox axtarılan cinayətkarı El Mençonun rəhbərlik etdiyi “Generation” kartelinin üzvü olduğu öyrənilib.
Fidan