Lavrovun Bakı və İrəvan səfərindən gözləntilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərindən sonra Bakıya səfəri gözlənilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ilk öncə İrəvan səfəri, bu səfərdən sonra Bakıya gəlməsi istər-istəməz suallar doğurur. Ümumiyyətlə, Rusiya II Qarabağ savaşından sonra Cənubi Qafqazla bağlı, xüsusən də Ermənistanla bağlı tərəddüd içindədir. çünki dolayısı yolla Rusiya bu savaşda özü də acı məğlubiyyət yaşayıb. Bundan əlavə düşünürəm ki, ABŞ Prezidenti Co Baydenin soyqırım ifadəsini işlətməsi səbəbindən, Ermənistanda anti- Rusiya meyyillərinin güclənməsindən ehtiyyatlanan Vladimir Putin Sergey Lavrovu İrəvana göndərə bilər.

Digər tərəfdən hesab edirəm ki, Lavrovun İrəvan səfəri qarşıdan gələn seçkilərlə bağlı Ermənistandakı vəziyyəti yerindəcə öyrənmək məsələsi daşıyır. Düzdür, Lavrov Ermənistanda elə bir ciddi bəyanat verməklə fərqlənmədi. O, bir növ Bakı ilə İrəvan arasında siyasi balansı qorumağa üstünlük verdi. Ümumiyyətlə, düşünürəm ki, S.Lavrov Ermənistana seçki öncəsi səfər etməklə Qərbə mesaj vermiş oldu ki, Ermənistanda gedən proseslər Rusiyanın tam nəzarəti altındadır. Ancaq Lavrovun Bakı səfəri müəyyən qədər daha gərgin keçə bilər. Çünki rəsmi Bakı Rusiyadan “İsgəndər M” qalmaqalı ilə bağlı hələ ki, konkret cavab almayıb. Üstəgəl, rus sülhməramlılarının fəaliyyətindən narazılıq, erməni hərbi əsrlərin (terror qruplaşması) müzakirəsi və s…

Bütün bunların fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfər məsələsi də, Rusiyanı narahat eləməyə bilməz. Bir sözlə, Lavrovun gəlişində Rusiyanın Azərbaycana hansısa formada təzyiq edəcəyini düşünmürəm. Məntiqlə düşünsək hazırki situasiyada Azərbaycanla Ermənistan arasındakı gərginlik Rusiyaya sərf etmir. Rusiya tərəf olaraq düşdüyü siyasi vəziyyətlə barışaraq məcburdur ki, tərəflər arasındakı balansı qorusun. Mahiyyət etibarı ilə balansı qorumamaq tərəflərdən birini Türkiyəyə daha çox strateji tərəf olmağa meyilləndirir, digərini isə Qərblə münasibətləri dərinləşdirməkdə maraqlı edir.

Şahin Bəkirli
Bütöv Azərbaycan Ocaqları (BAO) Siyasi Analitik Mərkəzin əməkdaşı.

0
117
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar