Koronavirusa yoluxmuş 8 yaşlı uşaq iflic oldu

Koronavirusa yoluxmuş 8 yaşlı uşaq iflic olub. 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-da yaşayan 8 yaşlı Avella Braun koronavirusun nadir xəstəlik törətməsindən sonra insult keçirib. 

The Mirror qəzetindəki xəbərə görə, koronavirus nadir otoimmün xəstəliyə səbəb olduqdan sonra Braun iflic vəziyyətdə qalıb.

Uşağa nadir hallarda kəskin yayılmış ensefalit (ADEM) diaqnozu qoyulub, bu da bədənin immunitet sisteminin zəifləməsinə səbəb olur,eyni zamanda onurğa beyni və beyin şişkinliyinə səbəb olur.

Onu da qeyd edək ki, mütəxəssislər dünyada koronavirusdan sağ çıxan insanların oxşar hallarla qarşılaşdıqlarını xəbərdar edirlər.

Ayşən Mirzəyeva
Mənbə:
0
348
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar