Kofe başağrısı səbəbidir, yoxsa dərmanı?

Başağrısı və espresso fincanı arasında əlaqə var. Lakin bu əlaqə o qədər də birmənalı deyil.

Səbəbsiz yaranan zoqqultulu başağrısı. Böyük ehtimal sizdə də bu hiss olub. Kims deyəcək ki, bunun səbəbi çoxlu miqdarda içdiyiniz kofedir. Ola bilsin ki, o doğru deyir.

Araşdırmalar sübut edib ki, başağrısı və kofe arasında həqiqətən də əlaqə var.

Məsələ ondadır ki, kofein başağrısını apardığı qədər onu gücləndirə bilər. Ona görə də, mütəxəssislərin kofe barədə fikirlərinə nəzər yetirin.

Bir medalın iki tərəfi

Kaliforniyalı dietoloq Kirsten Rensberi qeyd edir ki, kofein həmişə başağrısını aparmır.

“Ağrılar sizin beyninizdəki mikroboruların genişlənməsindən (vazodilyatasiya) yarana bilər. Kofe isə onları sıxılmağa məcbur edərək ağrını azaldır”, -deyə o əlavə edir.

Nevroloq Kiran F.Racniş isə iddia edir ki, kofein başın arxa hissəsində yerləşən əzələləri rahatlaşdıraraq başağrıları zamanı müşahidə olunan gərginliyi aradan qaldırır. “Lakin çoxlu miqdarda kofe içdikdə həmin əzələlər əksinə gərginləşir və ağrı güclənir”, - deyə o əlavə edir.

Bunun qarşısını almaq üçün qəbul etdiyiniz kofein miqdarını azaldın. Çalışın gündə 1-2 fincandan artıq kofe içməyin.

Şokolad və energetiklərlə ehtiyyatlı olun

Bildiyimiz kimi kofein kofedə olur. Lakin az adma bilir ki, bu maddəni həmçinin çay, şokolad, spirtsiz və energetik içkilərdə də tapmaq olar. Başqa sözlə, kofein kofeindir. Sadalalanları çoxlu miqdarda qəbul etsəniz, başağrılarına və halsızlığa yol aça bilərsiniz.

Kofe ən əla kofein mənbəyidir

Yuxarıda sadalanan kofein mənbələrinin içində ən əla məhsul kofedir. Başağrılarından qurtulmaq və sağlam həyat tərzi aparmaq istəyirsinizsə şokoladdan və qazlı sulardan imtina edir.

0
102
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar