Kipr klubunun oyunçusu: ""Qarabağ"a qarşı növbəti matçımız çox vacibdir"

"Qol vurmaq və qələbə qazanmaq üçün şanslarımız oldu".

"Ölkə.az" xəbər verir ki, bunu Kiprin "Omoniya" klubunun futbolçusu Yan Letsyaks UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda Qazaxıstanda "Kayrat"la qolsuz he-heçə etdikləri oyun barədə danışarkən deyib.

31 yaşlı çexiyalı müdafiəçi bildirib ki, bir xalı da yaxşı nəticə hesab etmək olar: "Evə bir xalla qayıtdıq. Qol vurmaq üçün fürsətlər əldə etsək də, son nöqtəni qoya bilmədik. İsveçrə "Bazel"i qrupumuzun favoritidir. Digər üç komanda da pley-offa vəsiqə uğrunda mübarizə aparacaq. "Qarabağ"a qarşı növbəti matçımız çox vacibdir".

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə "Bazel"lə qolsuz heç-heçəyə razılaşıb.

Mənbə:
0
1569
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar