• Şikayət et

Jirinovskidən “uşaqlıq”: General rütbəmi verin

Vladimir Jirinovski mürəkkəb beynəlxalq vəziyyətlə əlaqədar Rusiyadakı bütün deputat korpusuna fövqəladə hərbi rütbələrin verilməsini təklif edib. 

“Ölkə.Az” xəbər verir ki, o bu barədə özünün Telegram kanalında yazıb.

“Bütün kommunist deputatlara yefreytor (ən kiçik hərbi rütbə-çavuşdanda kiçik), eserlərə serjant, Vahid Rusiya partiyasına leytenant və Liberal Demokrat Partiyası  polkovnik (rütbəsi verilsin).  Hə, mənim ayrıca general-mayorum var. Bu rütbəni mənə zamanında hələ Rusiyanın ilk prezidenti verib. Amma indiyədək bu qərar rəsmiləşdirilməyib”, - deyə siyasətçi yazıb.

Mürtəza
Ölkə.Az

Mənbə:
0
105
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar