İsmayıllıda mövcud problemlərlə bağlı dəyirmi masa - FOTO

İsmayıllıda elektrik və qaz təchizatında olan mövcud problemlər dəyirmi masa ətrafında müzakirə olunub.

Sfera.az xəbər evrir ki, şəhər, qəsəbə, kənd və yaşayış məntəqələrində elektrik və qaz təchizatında olan mövcud problemlərlə əlaqədar dəyirmi masa keçirilib.

Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Ağsu Regional Qaz İstismarı İdarəsi İsmayıllı Xidmət Sahəsinin rəisi,  Azərişıq  ASC Şimal-Qərb RETSİ-nin rəis müavini, RİH əməkdaşları, İsmayıllı Elektrik Şəbəkəsinin rəisi və İƏD üzrə nümayəndələr iştirak edib.

Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə gündəlikdə duran məsələlər müzakirə olunub. Bildirilib ki, sakinlərin qış aylarında elektrik və qaz təchizatında problemlər yaşamaması üçün vaxtında araşdırmalar aparılmalı, mövcud problemlərin həlli istiqamətində işlər görülməlidir. 

Həmçinin əlavə olaraq kəndlərdə dəyişdirilməsi vacib olan işıq dirəkləri və transformatorların yaxın gələcəkdə yenilənməsi, kəndlərin qazlaşdırılması nəzarətə götürülüb.  

Qeyd edək ki, görüşün əsas məqsədi sakinlərin problemlərini aidiyyəti üzrə təşkilat rəhbərləri ilə yerində müzakirə etməkdən və həlli istiqamətində operativ işlər aparmaqdan ibarət olub.Bu məqsədlə İƏD üzrə nümayəndələrlə aidiyyəti təşkilatların qarşılıqlı qaydada işləmələri həmçinin ümumi problemlərlə əlaqədar arayış hazırlanaraq aidiyyəti qrumlara göndərilməsi qərara alınıb.

Mənbə:
0
180
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar