• Şikayət et

İranda əxlaq polisi ləğv edilib? - Dövlət rəsmisindən AÇIQLAMA

İranın dövlət televiziyası əxlaq polisi bölməsinin bağlanması ilə bağlı xəbərləri təkzib edib.

AZXEBER.COM xəbər verir ki, İranın baş prokuroru Məhəmməd Cafer Montazeri ölkədə 3 aydır davam edən etirazlara səbəb kimi göstərilən "əxlaq polisi” bölməsinin bağlandığını açıqlayıb, lakin İranın dövlət mediası daxili işlər nazirliyinin əxlaq polisinə nəzarət etdiyini bildirərək, bu ittihamları təkzib edib. 

Digər tərəfdən, İran Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsindən əxlaq polisinin ləğv edilib-edilmədiyi soruşulub. Bölmədən verilən açıqlamada belə bir qərarın onlara çatdırılmadığı bildirilib.
 
Ayşən
Mənbə:
0
49
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar