İquainin yeni klubu bəlli oldu

"Yuventus"un hücumçusu Qonsalo İquain karyerasını ABŞ-da davam etdirəcək.

Argentinalı hücumçu MLS təmsilçisi "İnter Mayami" ilə razılığa gəlib. Onun transferi tezliklə rəsmi şəkildə açıqlanacaq.

İquain 2016-cı ildə 94 milyon avro qarşılığında "Napoli"dən "qoca sinyora"ya keçmişdi. 32 yaşlı futbolçu Turin klubunda keçirdiyi 149 oyunda 66 qol vurub, 16 məhsuldar ötürmə edib.

0
418
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar