İqlim dəyişikliyi Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurur?

Sel fəlakətləri Azərbaycan iqtisadiyyatına hər il təxminən 169 milyon dollar ziyan vurur.

Margin.az xəbər verir ki, bu barədə Dünya Bankı və Asiya İnkişaf Bankının birgə hazırladığı "İqlim Riski olan ölkələrin profili” hesabatında qeyd olunub.

Hesabata görə, ölkədə 1995-ci ildə baş verən daşqın 1,5 milyon insana təsir edib. Ölkə iqtisadiyyatına isə 30 mln. dollar ziyan dəyib. Azərbaycanda 2003-cü ildə də böyük həcmli sel fəlakəti baş verib. Bu daşqınlardan 30 min insan zərər çəkib və ölkə iqtisadiyyatına 70 mln. dollardan çox ziyan dəyib.

Azərbaycanda daşqından təsirlənənlərin sayı 2010-cu ildən etibarən hər il təxminən 19 mindən çoxdur. Daşqınlar nəticəsində ölkə iqtisadiyyatına hər il təxminən 169 milyon dollar zərər dəyir. İnkişaf və iqlim dəyişikliyinin bu rəqəmləri artıracağı ehtimal olunur.

İqlim dəyişikliyi səbəbilə Azərbaycanda qan, tənəffüs və sinir xəstələrinin sayı 20-34% artıb

İqlim dəyişikliyi Azərbaycanın əkin sahələrində torpaq eroziyası, şoranlaşma, bataqlıq və kimyəvi çirklənmə kimi problemləri artırır.

Margin.az xəbər verir ki, bu barədə Dünya Bankı və Asiya İnkişaf Bankının birgə hazırladığı "İqlim Riski olan ölkələrin profili” hesabatında qeyd olunub.

Məlumata görə, əkin sahələrinin təxminən 7%-i şoranlaşmaya məruz qalır. Bu isə aşağı məhsuldarlığa səbəb olur. Bildirilib ki, ciddi tədbirlər görülməsə, ölkədə səhralaşma sürətlənə bilər. Azərbaycanın şəhərlərində isə temperatur getdikcə daha da artır. Araşdırmalara görə, 2003-2006-cı illərdə ölkədə qan, tənəffüs və sinir xəstəliklərindən əziyyət çəkənlərin sayı 20-34% artıb.

Mənbə:
0
406
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar