İordaniya saytı azərbaycanlı şərqşünasın məqaləsini dərc edib

 Şərqşünas Həşim Məmmədovun İordaniyanınNayrouz.com” saytında iordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı Ömər əl-Armuti haqqında məqaqləsi dərc olunub. Həşim Məmmədov “Azərbaycanı ərəb dünyasında tanıdan tarixçi” adlı məqaləsində Ömər əl-Armutinin Vətən müharibəsi ərəfəsində erməni vandalizmini Misirin, İordaniyanın, İraqın, Körfəz ölkələrinin auditoriyasının diqqətinə çatdırdığını qeyd edib: “Onun İordaniyanın “əl-Haqiqa əl-Duvaliyyə” telekanalının efirində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlar haqqındakı çıxışı buna misal ola bilər. Nəzərə alsaq ki, İordaniya Yaxın Şərqdəki ən varlı erməni diasporunun yaşadığı ölkə hesab olunur, bu proqramın ölkədə necə qarşılandığını və erməni propaqandasına necə ağır zərbənin vurulmasını təsəvvür etmək çətin deyil”.

Məqalədə Ömər əl-Armutinin ölkəsində geniş oxucu auditoriyasına malik KİV-lərində mərhum həkim Zərifə Əliyeva haqqında yazısından söz açılır.

“Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın təməlini qoyduqları işləri davam etdirirlər”, – deyə Ömər əl-Armutinin məqaləsindən sitat verilib.

Yazıda bizim xalqımızın ərəb xalqı ilə olan ortaq dəyərlərinin öyrənilməsi, ərəb ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsində Ömər əl-Armuti kimi əsl dostlar yaxından kömək edə bilmələri vurğulanır.

 

Məqaləni ətraflı aşağıdakı linkdən oxumaq olar:

https://nayrouz.com/article/234857#.YZOiSnNlTFg.whatsap

Mənbə:
0
1672
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar