Çox qısa müddət ərzində bütün dünyada məşhur olmuş süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti öz adının əsasını təşkil edən etik prinsiplərindən yan keçərək yenicə təqdim etmiş olduğu GPT-4 dil modelini qapalı edib. Şirkət rəhbərliyi öz növbəsində bunun səbəbini açıqlayıb. OpenAI şirkətinin həmtəsisçisi və süni zəka üzrə baş alimi olan Ilya Sutskever-in sözlərinə əsasən GPT-4 dil modelinin qapalı olmasını sənayenin inkişafı kimi qiymətləndirmək olar.

O bildirib ki, GPT-4-ün yaradılması və dəstəklənməsi heç də asan bir proses deyil və bu proses şirkətin demək olar bütün gücünü alır. Digər şirkətlər də bu cür süni zəka sisteminə sahib olmaq istədikləri üçün həmin şirkətlər OpenAI məhsulunu analiz edirlər və hətta onun bəzi özəlliklərini oğurlayırlar. Bundan əlavə olaraq Sutskever qeyd edib ki, gələcəkdə süni zəkanın insanlara ciddi zərər yetirə biləcəyi dərəcədə güclü ola biləcəyi ehtimalını hesaba almaq lazımdır. Buna görə də məhsulun daxili özəlliklərinin və hazırlanma təfərrüatlarının gizli saxlanılması məntiqlidir.

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək. Baş tutacaq tədbir çərçivəsində şirkət təkcə Huawei P60 smartfon seriyasını və qatlana bilən Mate X3 smartfonunu deyil, həmçinin digər məhsullarını da təqdim edəcək. Onlardan biri də FreeBuds 5 adlı naqilsiz qulaqlıqlar olacaq. İndi isə internetdə sözügedən qulaqlıqların xarici görünüşlərini sərgiləyən foto ortaya çıxıb. Fotodan da görmək olar ki, FreeBuds 5 qeyri adi dizayna sahib olacaq. Belə ki, qulaqlıqların gövdələri damcı formasında reallaşdırılıb. Qulaqlıqların aşağı hissələrinin qalın olması onların böyük həcmli batareyaya sahib ola biləcəklərinə işarə edir. FreeBuds 5-in texniki özəllikləri barəsində hələ heç bir məlumat yoxdur.

Google şirkətinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Project Zero adlı komandası Samsung Exynos modemlərində bir sıra ciddi boşluq aşkar edib. Məsələnin ciddi tərəfi ondan ibarətdir ki, Exynos modemlərinə təkcə Samsung və Google smartfonları deyil, həmçinin digər brendlərin smartfonları da sahibdirlər. Verilmiş rəsmi məlumata əsasən Exynos modemlərində ümumilikdə 18 boşluq aşkar edilib. Hackerlər istifadəçilərin sadəcə mobil nömrələrini bilməklə və aşkar edilmiş boşluqlardan istifadə etməklə onların smartfonları üzərində idarəetməni ələ keçirə bilərlər.

Pixel smartfonları məsələsində Google bildirib ki, onun bu ay üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsi problemi aradan qaldıracaq. Project Zero komandasının mütəxəssislərinin fikirlərinə əsasən Exynos modemlərində olan boşluqlar Samsung Galaxy S22, M33, M13, M12, A71, A53, A33, A21, A13, A12, A04, Vivo S16, S15, S6, X70, X60 və X30 smartfonlarını əhatə edə bilərlər. Qeyd etmək lazımdır ki, Qualcomm prosessorlarına sahib smartfonlar təhlükəsiz vəziyyətdədir. Belə ki, həmin smartfonlarda Qualcomm modemlərindən istifadə edilir.

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 Pro Max modeli barəsində maraqlı bir məlumat verib. Belə ki, insayder bildirib ki, iPhone 15 Pro Max modeli bazarda mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivələrinə sahib olacaq. İnsayder qeyd edib ki, smartfon bu məsələdə rekorda imza atacaq. Qeyd etmək lazımdır ki, hal hazırda bazarda ən nazik ekran çərçivələrinə sahib smartfon Xiaomi 13-dür. Xiaomi 13-ün ekran çərçivələrinin qalınlıqları 1.81 mm təşkil edir. İnsayderin sözlərinə əsasən iPhone 15 Pro Max-ın ekran çərçivələrinin qalınlıqları isə 1.55 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 14 Pro-nun ekran çərçivələrinin qalınlıqları 2.17 mm, Galaxy S23 Ultra-nın ekran çərçivələrinin qalınlıqları isə 1.95 mm təşkil edir.

Çinin ən böyük şirkətlərindən biri olan Baidu özünün süni zəka əsaslı çat-botunu təqdim edib. Təqdim edilmiş çat-bot Ernie Bot adını əldə edib. Lakin təqdimat zamanı şirkət real zaman ərzində sərgilənən nümunələr əvəzinə sadəcə olaraq çat-botun imkanlarının əks olunduqları videonu təqdim edib. Bundan əlavə olaraq çat-bot heç məhdud sayda istifadəçi arasında da istifadəyə verilməyib. Bu isə öz növbəsində Baidu-nun səhmlərinin dəyərinin aşağı düşməsinə səbəb olub.

Şirkət tərəfindən təqdim edilmiş videoda Ernie Bot adlı çat-botun imkanlarını görmək olar. Videoya əsasən çat-bot riyazi hesablamalar apara, müxtəlif Çin dialektlərində danışa və mətn formatında təsvirlər əsasında foto ilə videolar tərtib edə bilir. Təqdimat zamanı şirkət bildirib ki, Ernie Bot-un ilkin versiyası məhdud sayda özəl istifadəçi arasında aktiv olacaq. Bununla belə sözügedən çat-botun nə zaman istifadəyə veriləcəyi barəsində təqribi bir məlumat da təqdim edilməyib.

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhsullarını sərgiləyəcək. Təqdim olunacaq məhsullardan birinin də Xiaomi 13 Ultra smartfonu olacağı gözlənilir. Bugün isə Çinin Weibo adlı sosial şəbəkəsində Xiaomi 13 Ultra smartfonunun təqdimat posteri ortaya çıxıb. Ortaya çıxmış təqdimat posteri sızdırılmış rəsmi posterə bənzəyir. Posterdə Xiaomi 13 Ultra-nın arxa kamera sahəsini əks etdirən dairəvi hissə yerləşdirilib. Ən əsası da odur ki, sızdırılmış posterdə təqdimat tədbirinin keçirilmə tarixi əks olunub. Beləliklə əgər sözügedən poster həqiqəti əks etdirirsə, deməli Xiaomi-nin gələn ay üçün nəzərdə tutulmuş böyük təqdimat tədbiri 17 aprel tarixində baş tutacaq.

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. Təqdim ediləcək smartfonlar arasında Redmi Note 12 4G-nin olacağı da gözlənilir. İndi isə insayderlər Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı barəsində məlumatı təqdim ediblər. Beləliklə insayderlər bildiriblər ki, təqdim olunması gözlənilən Redmi Note 12 4G modeli Snapdragon 685 prosessoru ilə təchiz olunacaq. Gözləntilərə əsasən hələ təqdim edilməmiş bu prosessor 8 nüvəli olacaq və 6 nanometrlik texnoloji proses əsasında istehsal ediləcək. Redmi Note 12 4G smartfonuna gəldikdə isə daha əvvəlki məlumat sızıntılarına əsasən bu smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Dünən məlum oldu ki, Böyük Britaniya hökuməti məmurlara TikTok sosial şəbəkəsinin xidməti cihazlarda istifadəsini qadağan edib. Bu tədbir keçən il ABŞ həkuməti tərəfindən təyin edilmiş tədbirə bənzəyir. Bundan əlavə olaraq bir neçə müddət bundan öncə məlum oldu ki, Avropa Komissiyasının üzvlərinə 15 mart tarixinə kimi xidməti cihazlardan TikTok-un silinməsi tələb olunub. İndi isə məlum olub ki, Fransa hökuməti də buna bənzər tədbirlər görməyə hazırlaşır.

Bloomberg saytı qeyd edib ki, Fransanın nazirlər kabinetinin üzvləri fərdi cihazlarından TikTok-u və digər etibarsız tətbiqləri silməli olacaqlar. Fransa hökumətinin fikrincə xarici mənbəyə sahib sosial şəbəkələr və tətbiqlər yüksək səviyyəli məmurların fəaliyyətlərini əhatə edən konfidensial məlumatların əldə edilməsində digər ölkələrin hüquq-mühafizə orqanları tərəfindən istifadə edilə bilər. Qeyd etmək lazımdır ki, fransız nazirlərə artıq xidməti cihazlarda sosial şəbəkələrdən istifadə qadağan edilib. İndi isə bu cür qadağa həmçinin onların fərdi cihazlarını da əhatə edəcək.

Samsung şirkətinin rəsmi saytında Galaxy A seriyasının yeni smartfonunun adı ortaya çıxıb. Söhbət, Galaxy A24-dən gedir. İnsayderlər isə şirkət tərəfindən hazırlanan bu yeni büdcəli smartfonun texniki özəllikləri barəsində məlumatlar veriblər. Beləliklə verilmiş məlumata əsasən Galaxy A24 modeli xarici görünüşcə bir neçə gün bundan öncə təqdim edilmiş Galaxy A34 ilə A54-ə bənzəyəcək.

O, 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran ilə təchiz olunacaq. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A24 smartfonu Snapdragon 680 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 5 MP (f/2.2 diafraqma) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 13 MP-lik (f/2.0 diafraqma) ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Smartfon yaxın müddətdə təqdim olunmalıdır.