İftar süfrəsi üçün maraqlı reseptlər

Axşam.az iftar üçün maraqlı reseptlər təqdim edir:

"Falafel"

Ərzaqlar:
Suda bişmiş noxud - 1 kasa
Cəfəri - 4-5 ədəd
Keşniş - 1 dəstə
Soğan - 1 ədəd
Sarımsaq - 1 diş
Yumurta - 1 ədəd
Un - 1 kasa
Duz, istiot zövqə görə
Qabartma tozu - 1 ədəd

Hazırlanması:
Noxudu blender vasitəsizə bir az əzin. Üstünə soğanı, göyərtiləri, sarımsağı, yumurtanı, duz və istiotu əlavə edib yenidən blenderdə əzin. Kənarda üzərinə un və qabartma tozu töküb yoğurun. Qoz böyüklüyündə küftələr düzəldib 2 saat soyuducuda saxlayın. Tavaya çoxlu duru yağ töküb, falafelləri qızardın.

Makaronlu şorba

Ərzaqlar:
Kərə yağı – 1 x.q.
Un – 2 x.q.
Tomat pastası – 1 x.q.
Qırmızı istiot – 1 ç.q.
Pomidor – 2 ədəd
İlıq su – 5 st.
Makaron 1 st.
Duz, nane qurusu zövqə görə

Hazırlanması:
Kərə yağını əridib üzərinə un əlavə edib qovurun. Sonra tomat pastasını töküb qarışdırın. Qırmızı istiotu və rəndələnmiş pomidorları tökün. Qarışdıra-qarışdıra ilıq suyu əlavə edin. Bir az qaynayandan sonra blenderdən keçirib, yenidən qazana əlavəe din. Üzərinə makaronu töküb yumuşalana qədər bişirin.

Panna Cotta

Ərzaqlar:
Qaymaq - 150 ml.
Yoqurt - 4 ədəd
Şəkər tozu - 3  x/q.
Jelatin - 2 paket

Hazırlanması:
Jelatini paketin üstündə yazıldığı  qayda ilə hazırla. Digər qaba qaymaq və şəkər tozu töküb, sobada qaynayana və  şəkər əriyənə qədər qarışdıra-qarışdıra bişir. Qabı sobadan götürüb, üzərinə  hazırladığın jelatini töküb, qarışdır. Kənarda yoqurtu mikserlə çalıb, qaymaqlı  qarışığa əlavə et. Alınan qarışığı qablara töküb, 5-6 saat soyuducuda saxla.  Sonra «Panna cotta»nı boşqaba çevirib, üstünə istədiyin meyvə siropu, ərinmiş  şokolad və ya mürəbbə şirəsi tök. Süfrəyə verərkən üzərinə istədiyin meyvədən  düz.

0
91
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar