GÜNDƏM...

“Yuventus” “Barselona”dan hücumçusu Memfis Depayla müqaviləyə xitam verməsini gözləyir.

Sportinfo.az xəbər verir ki, Turin klubu 28 yaşlı niderlandlı üçün “simvolik qonorar” ödəyəcək.

Futbolçunun özünə isə 6 milyon avro maaş və 2 illik müqavilə təklif olunub.

Depayın kataloniyalılarla müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir. O, ötən mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə verib.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Pol Skoulz “Mançester Siti”nin heyətinə cəlb olunmuş Erlinq Haalandı “qırmızı şeytanlar”ın keçmiş hücumçusu Ruud van Nistelroya bənzədib.

“O, çox gənc olmağına baxmayaraq, özünə çox inamlıdır. O, mənə Ruud van Nistelroyu xatırladır.

O, rəqibin cərimə meydançasına girəndə hiss edirsən ki, qapıçıya heç bir şans vermədən qol vuracaq. Penaltidən əvvəl də o, özünə çox arxayın idi - sadəcə bir addım atdı və aşağı küncə zərbə endirdi”, – Pol Skoulz gənc norveçli haqda fikirlərini bölüşərkən deyib.

Xatırladaq ki, Van Nistelroy 2001-2006-cı illərdə “Mançester Yunayted”də çıxış edib. “Qırmızı şeytanlar”ın forması ilə 218 oyuna çıxan niderlandlı 150 qola imza atıb.

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” dünən daha bir legioneri düşərgəsinə cəlb edib.

Ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Todor Todoroski ilə 2 illik müqavilə imzalanıb.

Şimali Makedoniya millisinin üzvü “Sumqayıt”da “12” nömrəli formada çıxış edəcək.

“Kimyaçılar“ın 23 yaşlı cinah müdafiəçisinə ödəyəcəyi əməkhaqqı da məlumdur. Balkanlı legioner Azərbaycanda aylıq 4000 dollar qazanacaq.

Todor karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik”, və Serbiyanın “Radniçki” klubunda çıxış edib.

Hazırda Şimali Makedoniyanın əsas millisinin şərəfini qoruyan Todoroski həmçinin U-17, U-18, U-19, U-20, U-21 komandalarına da cəlb olunub.

SPORTİNFO.AZ

Azərbaycanın ən baxımlı telekanallarından olan ATV-də "Futbolumuz" verilişinin növbəti buraxılışı efirə gedib.

Sportinfo.az xəbər verir ki, proqramın daimi eksperti Emin Abbasov bölgə klublarının stadionlarındakı durumundan söhbət açıb.

O, Şamaxı şəhər stadionunun tam olaraq projektorlarla təmin edilməməsindən danışıb.

Premyer Liqasında çıxış edən klublardan birinin məşqçisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə sports.azməlumat yayıb.

Həmin mütəxəssis narkotik maddələrlə əlaqədar bu səhər bölməyə aparılıb.

Sayta daxil olan məlumata görə, artıq istintaq başlayıb və yaxın saatlarda klub məşqçisinin taleyinə aydınlıq gələcək.

AFFA Premyer Liqa klublarına məktub ünvanlayıb. Bu, çempionatın yeni titul sponsoru ilə bağlanan müqavilənin şərtləri ilə bağlıdır. Belə ki, federasiya elita təmsilçilərinə maliyyə ödəməsinin vaxtını elan edib. Razılaşmaya əsasən, tərəfdaş şirkət qarşıdakı 10 gün ərzində klubların hesabına pul köçürəcək. Aydındır ki, burada söhbət 3 milyon manatdan gedir. Həmin vəsait 12 aya bölünüb. Göstərilən məbləğin 2 milyon manatı əsas komandanın xərclərinə sərf olunmalıdır. 1 milyon manat isə akademiya və infrastrukturun saxlanılması üçün nəzərdə tutulub.

SPORTİNFO.AZ

"Barselona” qapıçısı Norberto Murara Neto ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi 33 yaşlı braziliyalı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Təcrübəli qolkiper İngiltərənin “Bornmut” klubuna keçib. O, yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Neto “Barselona”ya 2019-cu ilin yayında “Valensiya”dan 26 milyon avro qarşılığında transfer olunmuşdu. Lakin o, Kataloniya təmsilçisinin heyətində cəmi 21 matça çıxıb və 20 qol buraxıb.

Braziliya yığmasında 1 oyun keçirmiş Norberto Murara, “Valensiya” və “Barselona”dan başqa “Yuventus”, “Fiorentina” və “Atletiko Paranaense” kimi klubların da formasını geyinib.

“Bornmut” Neto ilə yanaşı, Niderlandın “Feyenoord” klubundan argentinalı müdafiəçi Markos Senesini də transfer edib. Premyer Liqa təmsilçisi bu keçidə görə Niderland klubuna 15 milyon avro ödəyib. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Markos Senesi 2019-cu ilin sentyabrından “Feyenoord”un uğurları üçün çalışırdı. O, Rotterdam təmsilçisinin heyətində meydana çıxdığı 116 matçda 9 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi yeni komandasında 25 nömrəli formanı geyinəcək.

Argentina millisinin də üzvü olan futbolçu “Feyenoord”dan öncə ölkəsində “San Lorenso”nun uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi yığmada cəmi 1 oyun keçirib.

“Bornmut” sağ cinah müdafiəçisi Adam Smitlə də yeni müqavilə bağlayıb. Yeni müqaviləyə əsasən, İngiltərədən olan 31 yaşlı futbolçu 2024-cü ilədək bu klubun uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki sözləşmənin müddəti 2023-cü ilin 30 iyununa qədər idi.

Adam Smit “Tottenhem”in yetirməsidir. O, 2014-cü ildən “Bornmut”da forma geyinir.

Sağ cinah müdafiəçisi buna qədər icarə əsasında “Uikomb Uonderers”, “Torki Yunayted”, “Milton Kins Dons”, “Lids” və “Derbi Kaunti” kimi klubların da uğurları üçün çalışıb.

İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış müdafiəçi, “Bornmut”da keçirdiyi 9 mövsüm ərzində 306 oyuna çıxıb, 6 qol vurub.