Çinin telekommunikasiyalar sahəsində ən iri şirkəti olan “Huawei” elektromobillərin və pilotsuz avtomobil texnologiyalarının yaradılmasına 1 milyard ABŞ dollarından çox investisiya yatırmaq niyyətindədir.
“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin olaraq şirkət üç avtomobil istehsalçısı ilə əməkdaşlıq çərçivəsində şəxsi subbrendi altında pilotsuz nəqliyyat vasitələri yaratmaq niyyətindədir.
Qeyd edilir ki, “Huawei” bu bazarda “Tesla”, “Xiaomi”, Nio, Xpeng və Baiduya rəqib olmağı hədəfləyir.