"Hətta ailəsi də Paşinyanla normal münasibət qura bilmir"- Ter-Petrosyan

Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi gərginlik davam edir.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, seçkiöncəsi təşviqat kampaniyalarında siyasi qüvvələr bir-birini ifşa edir, opponentlər hətta təhqirlər yağdıraraq ailə məsələlərini belə gündəmə daşıyırlar.

Ermənistanın ilk prezidenti, "Erməni Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan çıxışı zamanı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı aşağılayıb.

"Hətta ailəsi də Nikol Paşinyanla normal münasibət qura bilmir", - deyə Ter-Petrosyan bildirib.

Qeyd edək ki, bundan öncə eks-prezident Serj Sarkisyan da Nikol Paşinyanın ailə məsələlərini gündəmə gətirmişdi. O bəyan etmişdi ki, Nikolun ailəsi ilə bağlı əlində olan faktları açıqlasa, xalq onun üzünə tüpürəcək.

Tural Tağıyev

0
41
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar