HƏMAS İsrailə 200 raket atdı

HƏMAS Qəzza sektorundan İsrailə 200 raket atıb.

Axar.az xəbər verir ki, bu məlumatı İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus deyib. O, İsrailin Qəzzada 140 hərbi hədəfə cavab zərbəsi endirdiyini bildirib:

“200-dən çox raket Qəzza sektorundan İsrailin fərqli şəhərlərinə gecə ərzində atılıb. Raketlərin üçdə biri Qəzza sektorunun ərazisinə düşüb. İsrail ordusu cavab olaraq, Qəzza sektorunda 140 hərbi hədəfi vurub, üstəlik, HƏMAS və İslami Cihad qruplaşmalarının 15 üzvünü məhv edib”.

0
32
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar