• Şikayət et

“Hafka”nın vəkili danışdı: ev dustaqlığı...

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə APA-ya iş adamının vəkili Orxan Cəfərbəyli məlumat verib.

Vəkil bildirib ki, müvəkkili barəsində seçilmiş 2 ay 15 günlük həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət Yasamal Rayon Məhkəməsinə təqdim olunub.

Vəsatətə gələn həftə baxılacağı gözlənilir.

Vəkil qeyd edib ki, Hafiz Məmmədovun vergi və sosial ödənişlərlə bağlı 400 min manat borcu olub, həmin məbləğ də tam ödənilib: “Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədovun istintaqa gəlməkdən boyun qaçırması isə həqiqəti əks etdirmir. Bununla bağlı Dövlət Vergi Xidməti tərəfindən bildiriş göndərilməyib”.

Mənbə:
0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar