Gürcüstanda bir gündə 24 nəfər COVID-19-dan öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 549 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da, qonşu ölkədə koronavirusa yoluxanların sayı 322 468, ölənlərin sayı isə 4 305 nəfərə çatıb.

Virusa yoluxanlardan 302 428 nəfərin sağaldığı bildirilir.
0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar