Güclü külək hava limanında təyyarələrin toqquşmasına səbəb oldu

Hindistanın Qucarat ştatındakı Əhmədabad hava limanında kəskin hava şəraiti səbəbilə üç təyyarəyə zərər dəyib.

Bu barədə “One India” məlumat yayıb.

Belə ki, güclü külək Airbus A320 təyyarəsini yerindən oynadıb və az qala qanadları ilə digər təyyarənin göyərtəsini deşməsinə səbəb olub. Bundan əlavə hava limanında “Indigo Airlines” və “Go First” aviaşirkətlərinin təyyarələri toqquşub. Hadisə nəticəsində həmçinin hava limanının texnikasına da zərər dəyib.

0
192
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar