Görüş üçün nəzərdə tutulan tətbiqlərin sirrləri: “Swipe”dan toyadək

“Tinder” kimi görüş üçün nəzərdə tutulan tətbiqlərdə necə hərəkət edəcəyinizi, nə yazacağını bilmirsiz?

Onda bu məqalə sizin köməyinizə çatacaq.

Yalan danışmamaq və qorxmamaq

Əsas və birinci. Profili doldurmaq lazımdır. Sizin şəkilləriniz necə insan olduğunuz barədə heç nə demir. Yalnız şəkil vasitəsi ilə özünə həyat yoldaşı seçmək, avtomobili rənginə görə seçmək kimi bir şeydir.

Bir çox tətbiqdə “Özün haqqında” adlanan bölüm var. Əgər ora nə yazacağınızı bilmirsizsə, dost və tanışlarınızdan sizi necə gördüklərini, barənizdə nə düşündüklərinizi soruşun. Bu cavablar həmin bölümü doldurmaq üçün kömək edə bilər.

Özünüzü təsvir edin

Nə ilə məşğul olduğunuzu qeyd edin. Peşəniz, hobbiniz. Bu sadə görünsə də, bir maraqlı “lifehack”dan istifadə edin. İnsanlar hekayələri xoşlayır.

Buna görə də, təsviri isimlərlə yox, fellərlə edin. “Kino, səyahət, snoubord və restoranları sevirəm” – ölü sözlər toplusudur. Onun əvəzinə mini-hekayə yazın.

“16 dəfə Tarantinonun “Ləyaqətsiz alçaqlar filminə baxdım, sonra isə Vudi Allendən aftoqraf almaq üçün Nyu-Yorka səyahət etdim”. Bu cümlədə bir çox isamarıc var. Siz Tarantino və Alleni sevirsiniz, bu isə sizin daxili dünyanıza işarə edir, Nyu-Yorka səyahət etmək imkanınız var.

Bir sözlə, sevdiyiniz və etdiyiniz şeyləri macəra kimi təsvir etməyə çalışın.

Dəyərlər birləşdirir

Bir çox insana partnyorunun onun baxışlarını bölüşməsi vacibdir. Buna görə də öz dəyərlərinizi qeyd edin. Əgər sənin anketini oxuyan qız dünyalaravızın bənzər olduğunu sezsə, ən azından birgə vaxt keçirməyiniz maraqlı olacaq. Ona görə də sizin üçün vacib olan şeylərdən yazın.

Sevgi dili

Vacib amil. Öz hekayələrinizdə neqativdən uzaq durmağa çalışın. O insanları çəkindirir. “İçki içirsən və siqaret çəkirsən? Onda yoluna davam et!” yazmaq düzgün deyil. Belə neqativ cümlələr hətta siqaret çəkməyən qızları sizdən çəkindirə bilər.

Onun yerinə “Sağlam həyat tərzi aparıram, səhərlər qaçıram, heç vaxt siqaret çəkməmişəm” sözlərini yaz. Bununla siz həm özünüzü təsvir edirsiniz, həm də heç kimin xətrinə dəymirsiniz.

Eqo

Bilin ki, anketiniz tələbləriniz yox, sizin barənizdədir. “25 yaşdan aşağı qız axtarıram. Boyu 170, çəkisi 50 kq-dan artıq olmasın” cümləsi asosial səslənir. Özünüzü bunu oxuyan qızın yerinə qoyun. Heç kim kənd bazarında satılan inək qismində olmaq istəməz.

Kadrlar hər şeyi həll edir

Və ən əsası, profilinizdəki şəkillər sizin barənizdə danışmalıdırlar. Sevdiyiniz qrupun konsertindən şəkil – hansı cür musiqini sevdiyinizi, səyahətdən şəkil – hara səyahət etməyi xoşladığınızı və nə cür istirahət etdiyinizi deməlidir. Çalışın şəkillərdə sizdən başqa adam olmasın.

Çünki qızları maraqlandıran sizin ətrafınız yox, sizsiniz.

0
109
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar