Fransada qadın onu 12 yaşından başlayaraq zorlayan və dünyaya dörd uşaq gətirməyə məcbur edən atalığını güllələyib

Fransada Valeri Bakonun məhkəmə işi eşidənləri sarsıdıb.

Anası spirtli içki aludəçisi olan Valeri 12 yaşından atalağı Daniel Polett tərəfindən mütəmadi olaraq cinsi zorakılığa məruz qalırmış. Anası isə bu fakta laqeyd yanaşırmış. Lalin sonunda bədbaxt qız istədiyinə nail olub – pedofiliya və insestdə təqsirləndirilən atalığı həbs edilib.

Lakin 3 ildən sonra Daniel Polett qızın yanına qayıdır. O zaman Valerinin 15 yaşı olur. Atalığı qızı yenə zorlamağa başlayır. O. 17 yaşına çatantda isə onlar evlənirlər.

Qeyd etmək lazımdır ki, 17 yaşında Valeri atalığından hamilə qalır. Sonra isə o daha 3 uşaq dünyaya gətirir.

Polett təqaüdə çıxandan sonra Valerinin bədənini satmağa başlayır. Daniel avtomobildə onu sakit bir yerə aparır, tanımadığı kişilər pul müqabilində onu zorlayırdılar. Bu dəhşət uzun müddət davam edir.

Lakin bir gün artıq 40 yaşa çatmış qadın ərinin əlindən silahı alaraq ona atəş açır. O, bunu Danielin uşaqlarına nə isə edəcəyindən qorxduğu üçün etmişdi.

Qeyd etmək lazımdır ki, Valerinin böyük oğulları cəsədi gizlətməkdə analarına kömək edir. Lakin bir ildən sonra cinayətin üstü açılır. Valerinin həbs olunmasına baxmayaraq dünyanın bir çox yerindən onun azadlığa buraxılması barədə məktublar gəlir.

Qeyd etmək lazımdır ki, bu cinayət işi dörd il ərzində araşdırılıb və bir həftə ərzində qərar çıxarılacaq.

Bu müddət ərzində Valeri Fransada bestsellerə çevrilən kitab yazıb.

0
95
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar