Fələstin Muxtariyyəti bütün fələstinliləri ayağa qalxmağa çağırıb

Fəth hərəkatı sabahı bütün Fələstin torpaqlarında etiraz, aksiya və qiyam günü adlandırıb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Fəth hərəkatı bütün fələstinliləri o cümlədən, İsrailin nəzarətində olan “1948-ci ilin ərəbləri”ni səfərbər olmağa, qiyam və etiraza qalxmaya çağırıb.

Bu çağırışda, fələstinlilərə İsrailin qurduğu postlara doğru irəliləmək və burada səfərbər olmaq çağırışı edilib.

Eyni zamanda İsrailin nəzarətindəki bölgələrdə ərəblər sabahkı günü bütün bölgələrdə aksiya keçirəcəklərini bildiriblər.

Qeyd edək ki, İsrailin Qəzzaya hava zərbələrində ölənlərin sayı artıq 218-ə çatıb. Ölənlərin ən azı 60-ı uşaqdır.

Mənbə:
0
834
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar