• Şikayət et

Fazil Mustafanın səhhəti ilə bağlı yeni AÇIQLAMA:

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustada evinin qarşısında güllələnib.Metbuat.az xəbər verir ki, TƏBİB deputatın son durumunu açıqlayıb:"TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib. Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur".

Məlumata görə, Fazil Mustafa artıq əməliyyatdan çıxıb. Onun Bakıdakı özəl klinikalardan birinə köçürüləcəyi bildirilir.

Mənbə:
0
36
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar