Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Ukraynaya səfər edəcək.
"Ölkə.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
Xatırladaq ki, Ərdoğan Ukraynaya səfər etmək niyyətini yanvarın 21-də açıqlayıb.
Qeyd edək ki, fevralın 3-də Ankara ilə Kiyev arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq.
Elvin
Ölkə.az