Çempionlar Liqasının finalında ingilis dueli

Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Sozcu.az xəbər verir ki, yarımfinalın cavab görüşündə “Çelsi” doğma meydanda “Real”ı qəbul edib.

Komandalar arasında Madriddə keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi. Bu matç isə London klubunun inamlı qələbəsi ilə başa çatıb – 2:0. Bununla da Tomas Tuhelin çalışdırdığı “Çelsi” finala yüksəlib.

Ötən gün isə İngiltərənin daha bir təmsilçisi “Mançester Siti” PSJ səddini keçərək finala vəsiqə qazanıb. İngilis finalı mayın 29-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda olacaq.

5 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 2:0
Qol: Verner, 28, Mount, 85
İlk oyun – 1:1

4 may

“Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) – 2:0
ilk oyun (2:1)

0
192
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar