"Çelsi"nin futbolçusunun medalları oğurlandı

"Çelsi"nin futbolçusu Ris Ceymsin evi qarət edilib. 
 
AzxeberSport xəbər verir ki, bu barədə ingiltərə millisinin üzvü öz sosial şəbəkə hesablarında paylaşım edib. O, evinin təhlükəsizlik kameralarının görüntülərini izləyicilərlə bölüşüb.
 
Qarət hadisəsi London təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Zenit"lə oyunu zamanı olub. 22 yaşlı müdafiəçinin evindən kassa oğurlanıb. Nəticədə futbolçuya ciddi maddi zərər dəyib. Həmçinin kassanın içərisində olan Ceymsin Çempionlar Liqasında qazandığı qızıl medalı və Avro-2020-nin gümüş medalı oğurlanıb. 
 
Qeyd edək ki, Ceyms 2018-ci ildən "Çelsi"də oynayır. 
Mənbə:
0
151
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar