• Şikayət et

Donetskdə güllələnməyə məhkum edilən və Putinin kirvəsinə dəyişilən britaniyalı Ukraynaya dönərək orden alıb...

"Pinner Ukraynanın humanitar işçisi olan, hər gün insanların həyatını xilas edən həyat yoldaşı Larisa ilə birgə olmaq üçün yenidən döyüş əməliyyatları zonasına qayıdıb..."
 
"Ordu hazırlığı mənə işgəncələrə, aclığa və döyülmələrə tab gətirməyə kömək edib..."
 
"Bizim heç birimiz oraya medallar üçün getməyib, amma bunu dəyərləndirmək geriyə dönməyən oğulların xatirəsidir...Əsl qəhrəmanlar onlardır..."
 
Britaniya ordusunun keçmiş əsgəri Şon Pinner Ukrayna Silahlı Qüvvələrinin sıralarında hərbi əməliyyatlarda iştirakına görə Donetskdə ölüm cəzasına məhkum edilib. Sonradan hərbi əsirlərin mübadiləsi üzrə əməliyyatın gedişində azad edilib, bu günlər Böyük Britaniyadan qayıdıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti yazır.
 
"49 yaşlı Şon "Çelsi" futbol klubunun sabiq şefi Roman Abramoviçin vasitəçiliyi ilə əsirlərin mübadiləsi gedişində azad edildikdən on həftədən sonra yenidən geriyə, Ukraynaya dönüb", - nəşr yazır.
 
Qəzet dəqiqləşdirib ki, Pinner anasına və ilk nikahdan olan böyük oğluna "daha ön cəbhədə döyüşməməyi" vəd edib, lakin "Ukraynanın humanitar işçisi olan, hər gün insanların həyatını xilas etməyə kömək edən öz həyat yoldaşı Larisa ilə bir olmaq üçün" "döyüş əməliyyatları zonasına qayıtmağa" təkid edib.
 
Şon Pinner 2017-ci ildə müqavilə üzrə USQ-yə qoşulub və "Azov" taboru sıralarında Rusiya qəsbkarlarına qarşı vuruşub. "Azovstal"da Mariupolun yüzlərlə müdafiəçilərinin arasında olaraq o, silahdaşları ilə mühasirədən çıxmağa cəhd edib, lakin Rusiya PUA-rı tərəfindən aşkar edilərək, bir neçə gün ətraflarda gizlənib, nəticədə Rusiya əsirliyinə düşüb.
 
"Onlar bizi raketlər, fosfor bombaları ilə atəşə tuturdular", - Şon "Azovstal" zavodunin sexində keçirdiyi günləri xatırlayır.
 
Ukraynaya dönən Şon Pinner Rusiya kəşfiyyatı tərəfindən aşkar edilib məhv olunmaqdan ehtiyat edərək, jurnalistlərlə "məxfi yerdə" görüşüb.
Söhbət zamanı keçmiş hərbi əsir danışıb ki, ordu hazırlığı ona işgəncələrə, aclığa və altı aylıq əsirlikdə qəddarcasına döyülmələrə tab gətirməyə kömək edib.
 
"Onlar məni ayaqları ilə bütün bədənimə, o cümlədən rusiyall xüsusi təyinartlısının heç bir səbəb olmadan bud nahiyəmə bıçaqla törətdiyi yaraya zərbələr vurub, - Şon Pinner əsirliyinin ilk günlərindən danışır. - Amma sifətimə vurmurdular və mən bunun hansısa məna daşıdığını düşündüm. Onlar mənim döyülmə yerlərimin görünməsini istəməyib. Onların məni öldürmək niyyətlərinin olmaması mənə çox kömək edib".
 
Pinner həmçinin danışıb ki, onu bir həbsxanadan digərinə köçürür, dəfələrlə sorğu-suala tutur, döyür, nadir hallarda çörək verirdilər. Bu, o vaxtadək davam edib ki, Donetsk məhkəməsi onu terrorçuluqda günahkar bilərək daha bir britaniyalı hərbi əsir Eyden Aslinlə, habelə Mərakeş vətəndaşı Braqim Saadunla birlikdə ölüm hökmünə məhkum edilib.
 
Əsirlikdə olarkən Pinner çəkisini xeyli itirib, daimi döyülmələrdən belində, budunda və ayaqlarında uzunmüddətli zədələnmələri olub.
 
Sentyabrın 21-də Ukrayna mübadilə gedişində Rusiya əsirliyindən özünün 215 müdafiəçisini (10 xarici və 5 komandir daxil olmaqla), o cümlədən "Azov" alayının 108 döyüşçüsü, - onların arasında Britaniya vətəndaşları Şon Pinner və Eyden Aslin də olub, - geri qaytarıb. Ukrayna tərəfi Rusiyaya 55 hərbçi və Vladimir Putinin kirvəsi, rusiyayönlü siyasətçi, dövlətə xəyanətdə şübhəli bilinən Viktor Medvedçuku təhvil verib. Bunu Ukrayna prezidenti Vladimir Zelenski təsdiq edib.
 
"Biz Rusiyanın bir fanatını 200 döyüşçüyə dəyişdik. Hərçənd, 200-dən də çoxdur, çünki azad edilən Ukrayna qadınlarından ana olmağa hazırlaşanlar da var. Mən xoşbəxtəm ki, onların evlərinə dönməyinə nail olduq. Medvedçuku 200 döyüşçüyə dəyişməyə təəssüf etmirik", - Zelenski deyib.
 
Dekabrın 2-də Zelenski Şon Pinneri, habelə USQ tərkibində Rusiyaya qarşı döyüşən digər xariciləri III dərəcəli "İgidliyə görə" ordeni ilə təltif edib.
 
"Bizim heç birimiz oraya medallar üçün getməyib, amma bunu dəyərləndirmək çox şey deməkdir, - Şon Pinner deyir. - Bu, həqiqətən geriyə dönməyən oğulların xatirəsidir. Əsl qəhrəmanlar onlardır".
 
Noyabr ayında Britanitanın "Daily Mail" nəşri məlumat verib ki, "DXR" tərəfindən ölüm hökmünə məhkum edilən və bundan öncə Böyük Britaniyaya təhvil verilən britaniyalı Eyden Aslin yenidən Ukraynaya gəlmək niyyətindədir, amma USQ sıralarına daxil olmağı planlaşdırmır.
Mənbə:
0
48
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar