Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

Urmu gölü squrumaqda davam edir.

Qərbi Azərbaycanın Regional Su Şirkətinin direktoru Məsud Talibiyanın verdiyi son məlumata görə, hazırda gölün səviyyəsi 1271.39, genişliyi isə 3510.00 kvadrat kilometrdir.

Onu sözlərinə görə, göldə olan hazırkı su həcmi isə 5 milyard 150 milyon kubmetr hesablanıb. Bu ötən ilin eyni dövründə 6 milyard 800 kubmetr idi.

Bununla da ötən ilin eyni dövrü ilə müqayisədə gölün su səviyyəsi 48 santimetr, uzun müddətli ortalamaya görə isə 3 metr 40 santimetr daha azalıb.

Urmu Gölünün Bərpası Mərkəzinin Baş dirrektoru Məsud Təcrişi “TASNİM” xəbər agentliyinə verdiyi açıqlamada yenidən İran enerji Nazirliyini və başqa əlaqədar məsulları illik su payını Urmu gölünə buraxmamaqda günahlandırıb.

0
111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar